Bakı. Trend:
Mart ayında Avrozonada inflyasiya səviyyəsi 2,2 faiz təşkiledib. Beləliklə də, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının2 faizlik hədəfinə yaxınlaşıb.
Trend xəbər verir ki, AvropaStatistika Bürosunun (“Eurostat”) məlumatına görə, martdaAvrozonada istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı iləmüqayisədə 2,2 faiz artıb.
Baza inflyasiyanın artımı da 2,6 faizdən 2,4 faizə geriləyib. Ənyüksək qiymət artımı 3,4 faizlə xidmətlər sektorunda qeydə alınıb.Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiymətində 2,9faiz, qeyri-enerji sənayesi məhsullarının qiymətinə isə 0,6 faizartım olub.
Xatırladaq ki, fevralda Avrozonada 2,3 faizlik inflyasiya qeydəalınmışdı.