Venesuela prezidenti Nikolas Maduro ABŞ-dən Salvador həbsxanasına göndərilən həmvətənlərinin dərhal azad edilməsini tələb edir.
Operativ Media xəbər verir ki, o, bu haqda "Venezolana de Televisión" telekanalında danışıb.
"Biz Venesuelanın vahid səsini ucaltmalıyıq ki, bütün venesuelalılar dərhal Salvador həbsxanasından azad olunsunlar".
Prezident El Salvadorda 238 venesuelalı miqrantın məhkəməsiz və müdafiə hüququ olmadan həbs edilməsini “Salvador hökumətinin insanlığa qarşı ağır cinayəti” adlandırıb. O qeyd edib ki, təkcə vəkillərin deyil, katolik keşişlərinin də məhbuslarla görüşünə icazə verilmir. Prezident vurğulayıb ki, “insan hüquqlarının, miqrantların hüquqlarının bu ədalətsiz kütləvi şəkildə pozulması faşist Almaniyasında yəhudi xalqının təqibinə bənzəyir”.
Maduro qeyd edib ki, çərşənbə günü minlərlə insan Karakasda və ölkənin digər şəhərlərində ABŞ-də təqib olunan venesuelalı miqrantların ailələri ilə həmrəylik nümayişi keçirib. Venesuela lideri bildirib ki, Salvadorda “ABŞ-də oğurlanaraq həbs düşərgəsinə göndərilən gənclərin azad edilməsi üçün” imza toplanması davam edir.