AZ

Ağdaşda 56 yaşlı kişi bıçaqlandı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda bıçaqlanma hadisəsi olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

***09:23

Ağdaşda bıçaqlanma hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Aral-1 kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü rayon sakini Kərimov Nəriman Qüddəsər oğlu mübahisə zəminində bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının durumu orta-ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.(unikal)

Seçilən
78
2
avtosfer.az

3Mənbələr