AZ

Ağdamda iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb

Ağdam rayonunda insana məxsus olması ehtimal edilən sümüklər aşkar edilib.

APA-nın yerli bürosunun məlumatına görə, skelet fraqmentləri Baş Güney kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma başlanıb.

Tapılan qalıqların 1992-ci ildə şəhid olan Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova aid olduğu ehtimal olunur.

Seçilən
101
2
apa.az

5Mənbələr