AZ

Siyəzəndə yanacaqdaşıyan maşın aşdı:BAKI İSTİQAMƏTİNDƏ HƏRƏKƏT DAYANDI

Bakı-Quba yolunda yanacaqdaşıyan yük avtomobili qəzaya düşüb.

 

“Shimal.News” xəbər verir ki, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

 

Bildirilib ki, nəqliyyat vasitəsi beton arakəsməyə çırpılaraq aşıb.

 

Hadisə səbəbindən Bakı istiqamətində yol bağlanıb.

 

Araşdırma aparılır.


Seçilən
109
4
senzor.az

10Mənbələr