İngiltərə Premyer Liqasının 30-cu turunun ev oyununda "Nyukasl" "Brentford" üzərində minimal hesablı qələbə qazanıb - 2:1.
Publika.az xəbər verir ki, "arılar"la matçda "sağsağanlar"ın forvardı Alekandr İsak fərqlənib. O, klub tarixində ardıcıl iki mövsüm Premyer Liqada 20 və daha çox qol vuran ilk oyunçu olub. 25 yaşlı futbolçu ötən mövsüm 21, bu mövsüm isə 20 dəfə fərqlənib.
İsveçli hücumçu eyni zamanda "Nyukasl" tarixində bir Premyer Liqa mövsümündə evdə 10+ və səfərdə 10+ qol vuran üçüncü oyunçu olub. Bunu ondan qabaq 1993/94 mövsümündə Endi Koul və 2001/02 mövsümündə Alan Şirer bacarıb.