İqtisadiyyat naziri Avropa Yenidənqurma və İnkişaf Bankının AYİB Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru ilə görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının AYİB Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan - AYİB əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, yaşılenerjiyə-yə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr apardıq,- məlumatda qeyd olunub.