
Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərə uyğun olaraq tikiləcək “Dərnəgül” elektrik deposunun inşası zamanı layihə altına düşən yaşıllıqlarla bağlı ictimai dinləmə keçiriləcək.4 aprel 2025-ci il tarixində, saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində keçiriləcək tədbirdə dövlət qurumları, QHT və KİV nümayəndələri, ekoloqlar iştirak edəcək.Əlaqələndirici şəxs: Elnur Ağayev, Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı- Əlaqə nömrəsi: 055-900-55-56, e-poçt: [email protected]- Tarix: 4 aprel 2025-ci il- Saat: 15:00- Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası - Heydər Əliyev prospekti 1
Diqqət Çəkənlər
"Şəkərin" gizli əlamətləri
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Vuçiç: Bir çox lider Putinlə "gizli" danışıqlar aparıb