İsveç Avropada müharibə təhlükəsi ilə əlaqədar mülki müdafiə sığınacaqlarının yenidən qurulmasına 100 milyon kron (9,2 milyon avro) sərmayə qoyacaq.
Herbiand.az xəbər verir ki, fövqəladə halların idarə olunması agentliyi bildirib ki, hakimiyyət vətəndaşları nüvə, kimyəvi və bioloji silahlardan qorumaq üçün 64 min bunkerin hamısını təkmilləşdirməyi planlaşdırır. Proqnozlara görə, bunkerlərin hazırlanması 2-3 il çəkəcək.
İsveçin bomba sığınacaqları şəbəkəsi dünyanın ən böyüklərindən biridir. Bura 7 milyona qədər insan, yəni ölkə əhalisinin 2/3 hissəsi yerləşə bilər. Hazırda bir neçə min yerlik 25 böyük bunkerin yenidən qurulmasına başlanılıb.
Bəxtiyar CƏFƏRLİ