AZ

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Far.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Qoy bu bayram hər bir müsəlman ailəsinə sevinc, sülh və xoşbəxtlik gətirsin, insanların qəlbini xeyirxah işlərin görülməsi üçün birlik və həmrəyliyi gücləndirmək, müqəddəs ayda qazanılan savabları qoruyub saxlamaq arzusu ilə doldursun! Ulu Tanrı bütün dualarımızı, oruclarımızı, xeyirxah əməllərimizi qəbul etsin, insanlar arasında qardaşlıq əlaqələrini möhkəmləndirsin!

Ölkələrimizə, xalqlarımıza və bütün ümmətimizə sülh, əmin-amanlıq və Uca Yaradanın sonsuz mərhəmətini arzulayıram".

***16:10

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Far.Az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və düşüncəsini nurlandıran, onları birlik, mənəvi saflıq və əxlaqi dəyərlərə dəvət edən mübarək aydır. Bütün İslam aləmi, o cümlədən Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən bu müqəddəs bayram Türk Dövlətləri Təşkilatının əsas prinsiplərindən olan birlik, sülh və qardaşlıq dəyərlərini təşviq edir.

Bu əlamətdar bayram münasibətilə Zati-alinizə və dost, qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləyirəm".

Seçilən
169
30
far.az

10Mənbələr