AZ

AYİB ilə dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər müzakirə olunub

Bakı, 3 aprel, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan-AYİB əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, yaşıl enerjiyə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüsləri müzakirə ediblər.

Seçilən
71
3
azertag.az

4Mənbələr