AZ

Abdulbari Gözəl və Çingiz İsmayılovun xatirələri UEFA-nın Konqresində yad olunub - VİDEO

"Qarabağ" klubunun fəxri prezidenti Abdulbari Gözəl və AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun xatirəsi Serbiyanın paytaxtı Belqradda keçirilən UEFA-nın 49-cu Konqresində yad olunub.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferinin təklifi ilə bütün tədbir iştirakçıları 1 dəqiqəlik sükut üçün ayağa qalxıblar.

Ötən konqresdən keçən dövr ərzində dünyasını dəyişmiş qitə futbol ictimaiyyətinin xatirələri yad olunub.

Abdulbari Gözəl və Çingiz İsmayılovdan başqa Elbrus Məmmədov, Sədrəddin Məmmədov və Novil İsmayılovun adları siyahıda nümayiş etdirilib.

İdman.biz

Seçilən
125
3
idman.biz

3Mənbələr