AZ

Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və RumıniyanınMilli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsisahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən Trend-ə verilənməlumata görə, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundovvə ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.

Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumunəməkdaşları iştirak ediblər.

Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurumarasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır.Memorandum çərçivəsində elektrik enerjisi və bərpaolunan enerji,təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digərməsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
123
5
az.trend.az

6Mənbələr