AZ

​Avropa İttifaqı ABŞ-nin qərarına cavab verəcək

Avropa İttifaqı ABŞ-nin tarifləri artırmaq qərarına cavab verəcək. Metbuat.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot belə açıqlama verib. O bütün NATO üzvlərinin həmrəylik nümayiş etdirməsini istəyib. Barrotun sözlərinə görə, qarşılıqlı tariflərin Amerika iqtisadiyyatı və bütün NATO üzvlərinin iqtisadiyyatı üçün zərərləri olacaq. ABŞ-nin qərarı ilə bağlı AB-nin yeni tədbirlər müzakirə edəcəyini bildirən Barrot, avropalıları, onların maraqlarını və rifahını qorumaq üçün bütün tədbirlərin həyata keçirilə biləcəyini ifadə edib.

Qeyd edək ki, Fransanın baş naziri Fransua Bayrou Trampın yeni qərarının iqtisadi dünya üçün “fəlakət” olduğunu bildirib.

Seçilən
209
50
metbuat.az

10Mənbələr