"ABŞ ölkələrin Vaşinqtonun tarif siyasətindən yan keçməsinin qarşısını almaq üçün “pinqvin adaları” adlandırılan adalara tariflər tətbiq edib".
Publika.az xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Hovard Latnik "CBS News"a müsahibəsində bildirib.
"Prezident bundan bezdi və vəziyyəti düzəltmək istəyir. O, dünyanın heç bir hissəsinin Çin və ya digər ölkələr üçün absurd boşluğa çevrilməsinə icazə verə bilməyəcəyini söylədi", - nazir bildirib.
O, həmçinin gömrük rüsumlarına məruz qalan ərazilərin siyahısının yaradılmasında süni intellektdən istifadə edilməsi ilə bağlı iddiaları də rədd edib. Latnik bunu “pinqvin adalarına” qarşı rüsumların tətbiqi internetdə lağa qoyulduqdan sonra deyib.
Aprelin 2-də Tramp bütün idxal mallarına 10%-lik baza rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Ümumilikdə siyahıya 185 ölkə daxil edilib.
Aİ ölkələri üçün yeni rüsumların həcmi 20%, Çin üçün 34%, Hindistan üçün 26%, Cənubi Koreya üçün 25%, Böyük Britaniya üçün 10% və s. müəyyən edilib.