AZ

Birinci Liqa: “Karvan” yenə xal itirdi, “Zaqatala” 5 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Cəbrayıl” – “Qaradağ Lökbatan” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Difai” – “Karvan” görüşündə də qalib müəyyənləşməyib. Səkkiz qolun vurulduğu “Mingəçevir” – “Zaqatala” oyunu isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

20-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Birinci Liqa
20-ci tur
3 aprel

“Cəbrayıl” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 13:00

“Difai” – “Karvan” 2:2
Qollar: Nahid Əliyev, 30. Abba Usman, 69 – Roini İsmayılov, 59. Stenli Okezi, 82.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Mingəçevir” – “Zaqatala” 3:5
Qollar: Tahir Zeynalov, 40. Seymur Əliyev, 72. Kristian Kamta, 75 – Emil Qasımov, 5. Bəhruz Teymurov, 25. Seymur Əliyev, 39-öz qapısına. Peter Kinqs, 42; 52.
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Rasim Axundov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

4 aprel

“Baku Sporting” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.

“İmişli” – MOİK
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Seçilən
106
2
arena.az

5Mənbələr