Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bir neçə direktoru vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, işdən çıxarılmalar çərşənbə günü ABŞ Prezidenti Donald Tramp və sağçı fəal Lora Lumer arasında keçirilmiş görüşün birbaşa nəticəsi olub. Lumer görüş zamanı Trampa bir neçə yüksəkrütbəli məmurun ölkə rəhbərliyinə xəyanət etdiyini iddia edib və onların işdən çıxarılmasını tələb edib.
Agentlik bildirir ki, Lumer, həmçinin, Trampa ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçi müavini Aleks Vonqun işdən çıxarılmasını tövsiyə etsə də, CNN-in məlumatına görə, o, hələlik vəzifəsində qalır.