AZ

Türkiyədə torpaq çöküb: ölənlər var

Türkiyənin Şanlıurfa şəhərində kanalizasiya sistemində aparılan işlər zamanı torpaq çökməsi baş verib, nəticədə üç nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, dağıntılar altından üç nəfərin cəsədi çıxarılıb. Daha bir nəfər sağ tapılıb, lakin onun vəziyyəti barədə hələlik məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
31
3
bakivaxti.az

10Mənbələr