"Porsche SE" holdinqi tank istehsalına qayıtmağı planlaşdırmır".
"Ölkə.az" xəbər verir ki, bunu Almaniyanın "Porsche SE" holdinqinin nümayəndəsi Kristof Tsemelka şirkətin tank və silah istehsalına qayıtmaq niyyətində olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Porsche"nin yenidən tank istehsal edəcəyi ilə bağlı səslənən bəyanata gəldikdə, mən bunu tamamilə dəqiq və birmənalı şəkildə təkzib edə bilərəm", - deyə o vurğulayıb.(oxu.az)