AZ

Braziliyada universitetdə atəş açılıb

Braziliyanın Paraiba Dövlət Universitetində atəş açılması nəticəsində azı bir nəfər ölüb.

Bu barədə ölkənin “G1” portalı məlumat yayıb.

“Cümə axşamı axşam Kampina-Qrandidəki Paraiba Dövlət Universitetində kişi güllələnib. Hərbi polisin sözlərinə görə, daha bir nəfər güllə yarası olub”, – nəşr bildirib.

Mülki polis qurbanın universitetin surətçıxarma otaqlarından birində bir neçə əl atəşlə öldürüldüyünü açıqlayıb.

Ölən şəxsin kimliyi, habelə cinayətin motivi bəlli deyil.

"Cebheinfo.az" 

phrase_var_article.chosen
76
4
cebheinfo.az

10phrase_var_article.sources