AZ

Rusiya və ABŞ birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər

"Moskva və Vaşinqton Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər".

TASS xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olan Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.

"Səfirliyimiz və Xarici İşlər Nazirliyi xeyli sayda mühüm məsələlər, o cümlədən rusiyalılar üçün praktiki məsələlər üzərində işləyirlər. Faktiki olaraq, birbaşa hava əlaqəsinin bərpası istiqamətində aktiv iş gedir. Bu məsələdə irəliləyişə ümid edirik", - deyə o vurğulayıb. (oxu.az)

Seçilən
215
2
azpolitika.info

10Mənbələr