AZ

Juninyo meydana daxil olduqdan bir dəqiqə sonra komandasının qələbə qolunu vurub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo yeni klubunda meydana girdikdən bir dəqiqə sonra komandasının qələbə qolunu vurub.
Oxu.Az xəbər verir ki, 28 yaşlı hücumçu Libertadores Kubokunun qrup mərhələsinin ilk turunda Venesuelada qol vurub.
O, "Deportivo Taçira" ilə matçın qəhrəmanına çevrilib. 56-cı dəqiqədə meydançaya daxil olan braziliyalı futbolçu cəmi bir dəqiqə sonra qarşılaşmadakı yeganə qolun müəllifinə çevrilib.
Bu, üç ay öncə "Qarabağ"ı "Flamenqo"ya dəyişən Juninyonun yeni klubunda keçirdiyi 11-ci oyunda üçüncü qolu olub.
Seçilən
233
50
oxu.az

10Mənbələr