AZ

Dünyanın ən yaşlı adamının Əfqanıstanda olduğu güman edilir

140 yaşında olduğu təxmin edilən şəxsin Əfqanıstanın şərqindəki Xost vilayətində yaşadığı bildirilib.

Editor.az Tolo News-a istinadla xəbər verir ki, o dünyanın ən yaşlı insanı ola bilər.

“Dünyanın ən uzunömürlü insanı sayıla biləcək Akel Nazirin 100 nəfərlik ailəsi var. O, tez-tez Xostun iki rayonu olan Sabari və Yakubi arasında səyahət edir”,- deyə bildirilib.

Nəzir jurnalistlərə deyib ki, Əfqanıstan Britaniyadan müstəqillik qazananda onun təxminən 30 yaşı var idi. O, həmçinin Əfqanıstan kralı Əmanullah Xanın hakimiyyətinin və Britaniya müstəmləkəçiliyindən qurtuluş gününün qeyd olunmasının şahidi olduğunu deyib.

Xəbərdə bildirilir ki, Əfqanıstanda arxiv araşdırmaları kifayət qədər inkişaf etdiyi üçün Nəzirin ailəsi hökumətdən onun yaşını sənədlərlə dəqiqləşdirməyi xahiş edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
212
50
editor.az

10Mənbələr