AZ

Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı rolunu yüksək qiymətləndirir - Səfir

 

Böyük Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı rolunu yüksək qiymətləndirir.

Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"də yazıb.

O bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər görüşü enerji müzakirələri üçün mühüm platformadır:

"Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir".

CQD Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər Görüşü enerji müzakirələri üçün mühüm platformadır. 🇬🇧, bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında 🇦🇿-ın etibarlı rolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir. pic.twitter.com/XG88rBDaBb

— FergusAuldFCDO (@FergusAuldFCDO) April 4, 2025

Seçilən
57
8
missiya.az

9Mənbələr