Bakı. Trend:
Türkiyə regional əməkdaşlığa çox böyük əhəmiyyət verir.Bakı-Tbilisi-Ceyhan, TANAP vasitəsilə biz enerji təhlükəsizliyininbütün region üçün vacibliyini göstərdik. Biz Azərbaycan və digərpartnyorlarla əməkdaşlıq etməyə, həmçinin yaşıl enerjininötürülməsi sahəsində işləməyə hazırıq.
Trend xəbərverir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziriAlparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
“Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinəhazırıq. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan bu layihəüzərində birlikdə işləyir. Yaşıl dəhlizin qlobal mövqeyə sahibolacağına əminik, Türkiyə olaraq biz regiona və əməkdaşlığadəstəyimizi davam etdirəcəyik”,- deyə nazir qeyd edib.