ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq “qızıl kart”ı ictimaiyyətə nümayiş etdirib.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
“Qızıl kart” ABŞ-da daimi yaşamaq hüququ və vətəndaşlıq əldə etmək imkanı verir. Bununla belə, onu əldə etmək namizədlərə kifayət qədər baha qiymətə başa gələcək - 5 milyon dollar.
Amerika prezidenti “qızıl kart”ın istifadəyə verilməsinin 2 həftədən az müddətdə gözlənildiyini açıqlayıb. O, jurnalistlərə öz şəkli olan kartı göstərib.
“5 milyon dollara o, sənin ola bilər... Yəqin ki, 2 həftədən az müddətə çıxacaq. Olduqca həyəcanlıdır, hə?” - Tramp deyib.
Bəxtiyar CƏFƏRLİ