AZ

Trampın yaxın ətrafı Putinə zəng etməməyi tövsiyə edib - NBC

ABŞ prezidenti Donald Trampa yaxın adamlar ona Ukraynada tam atəşkəsə razılaşana qədər Rusiya prezidenti Vladimir Putinə bir daha zəng etməməyi tövsiyə edir.

Herbiand.az xəbər verir ki, bu barədə Amerikanın NBC News telekanalı öz saytında yazıb.

Telekanal adının çəkilməsini istəməyən mənbələri istinadən xəbər verir ki, Trampın Rusiya lideri ilə kortəbii telefonla zəng etmək qərarına gələcəyini istisna etmək olmaz.

Bundan əvvəl, martın 30-da Donald Tramp jurnalistlərə demişdi ki, o, Vladimir Putinlə yaxın günlərdə, xüsusən də martın 31-dən aprelin 6-na kimi daha bir telefon danışığı aparmaq niyyətindədir.

Seçilən
268
50
herbiand.az

10Mənbələr