Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə bunkerdə gizlənə bilər.
Publika.az "News.ru"ya istinadən xəbər verir ki, bunu keçmiş deputat Oleq Tsarev deyib.
"Zelenski hazırda Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən mühafizə olunur. Odur ki, Ukrayna prezidentinin artıq bunkerə göndərilməsi mümkündür", - o deyib.
"Ola bilsin ki, onu hansısa bunkerlərdə gizlədirlər. Bu, daha çox Kiyevə oxşayır, orada kifayət qədər zirzəmilər və bomba sığınacaqları var. Şəhərin bu hissəsində Ali Radanın, Nazirlər Kabinetinin və prezidentin aparatının yerləşdiyi hökumət məhəlləsi birbaşa yeraltı şəhərlə birləşib", - Tsarev bildirib.