AZ

Neft 7 faiz ucuzlaşdı

Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 7% düşərək bir barel üçün 65,23 dollar olub. Sonuncu dəfə neftin bir barreli 66 dollardan aşağı 23 avqust 2021-ci ildə satılıb.

Marja xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bütün ölkələrdən idxal olunan məhsullara yeni tariflər tətbiq etməsindən sonra neftin qiyməti aşağı düşüb. ABŞ dünyanın müxtəlif ölkələri üçün 50%-ə qədər tariflər tətbiq etmək qərarına gəlib. Bu, qlobal ticarət müharibəsinin neftə tələbi azalda biləcəyi ilə bağlı qorxuları artırıb. OPEC+ ölkələrinin neft hasilatını əvvəllər elan ediləndən daha sürətli artırmaq qərarı da bazara mənfi təsir göstərib.

Analitiklərə görə, faktiki olaraq Birləşmiş Ştatların bütün əsas ticarət tərəfdaşlarına qarşılıqlı tariflər haqlı olaraq iqtisadi tənəzzül və ola bilsin staqflyasiya ilə bağlı narahatlıqları artırır. Bu, iqtisadi artıma və neftə olan tələbata mənfi təsir göstərir.

Goldman Sachs hesab edir ki, artan tənəzzül riskləri səbəbindən neft qiymətləri dəyişkən qalacaq. Bank Brent markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu yenidən 5 dollar azaldaraq 2025-ci ilin sonu üçün 66 dollar/barelə endirib. 

Seçilən
218
42
marja.az

10Mənbələr