AZ

Azərbaycan, Qazaxıstan, Özbəkistan AİB və AİİB ilə “Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq edəcəklər (FOTO)

Bakı. Trend:

Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuralarınıniclasları çərçivəsində “Azərbaycan Respublikasının EnergetikaNazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi,Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişafBankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında AnlaşmaMemorandumu”nun imzalanması mərasimi olub. Azərbaycan, Qazaxıstan,Özbəkistanın energetika nazirləri tərəfindən imzalanmış sənədə AİBvə AİİB-nin təmsilçiləri də qoşulub.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadiəsaslandırmasının (TİƏ) birinci mərhələsini dəstəkləmək məqsədiləəməkdaşlığı nəzərdə tutur.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib:“Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərininbirləşdirilməsi strateji və tarixi əhəmiyyətli layihədir. “XəzərYaşıl Enerji Dəhlizi” təşəbbüsümüzə AİB və AİİB-in qoşulmasılayihənin icrasında mühüm irəliləyişlərdən biridir. Birgəəməkdaşlığımız layihənin texniki-iqtisadi tədqiqatlarına tezlikləbaşlamağımızı təmin edəcək. Bu regional yaşıl enerji təşəbbüsüsayəsində Azərbaycanla Mərkəzi Asiya ilk trans-Xəzər enerjidəhlizini reallaşdırmış olacaq.”

Qazaxıstanın energetika naziri Erlan Kudaybergenoviç Akkenjenovdeyib: "Yaşıl dəhliz" layihəsi kimi birgə təşəbbüslər regionunenerji sistemlərini gücləndirmək, yaşıl texnologiyaları təşviqetmək və ekoloji təmiz elektrik enerjisinin davamlı ixracını təminetmək əzmimizi nümayiş etdirir. Birlikdə biz enerjinin təkcə birresurs deyil, həm də davamlı inkişaf və sabitliyin təməli olduğubir gələcək yaradırıq".

Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov deyib:“Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında yaradılacaq YaşılEnerji Dəhlizi Mərkəzi Asiyanın bərpa olunan enerji potensialınıAvropa ilə birləşdirən etibarlı və dayanıqlı körpüyə çevirən mühüməməkdaşlıq nümunəsidir. Bu layihə yaşıl gələcək qurmaq, iqtisadiartımı təşviq etmək və uzunmüddətli enerji təhlükəsizliyini təminetmək istiqamətindəki öhdəliyimizi əks etdirir.”

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoruYevgeni Jukov deyib: “Xəzər Yaşıl Enerji Dəhlizi təşəbbüsü üç ölkəvə AİB üçün strateji prioritetdir. Bu təşəbbüs çoxsaylı regionalproblemlərin həlli ilə yanaşı, təmiz enerji infrastrukturusahəsində transsərhəd əməkdaşlığın inkişafı üzrə missiyamızınhəyata keçirilməsinə birbaşa töhfə verir. Memorandumun imzalanması,Azərbaycan, Qazaxıstan və Özbəkistan, eləcə də Asiya İnkişaf Bankıvə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıqəlaqələrimizdə həlledici bir mərhələdir. Bu mövcud yanaşmamızıtransformativ bir regional təşəbbüsə çevirmək üçün kollektivöhdəliyimizi əks etdirir.”

AİİB-in nümayəndəsi Hong Vey deyib: “Asiya İnkişaf İnvestisiyaBankı “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadiəsaslandırmasının hazırlanmasında Azərbaycan, Qazaxıstan,Özbəkistan hökumətləri və Asiya İnkişaf Bankı ilə əməkdaşlıqdanməmnundur. Bu layihə Mərkəzi Asiyanın böyük təmiz enerjipotensialının üzə çıxmasına imkan verəcək, Azərbaycan isə MərkəziAsiyadan Avropaya təmiz enerji axını üçün bir qapı kimi mühüm roloynayacaq”.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikasıvə Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinininkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqındaSaziş” dövlət başçıları tərəfindən 2024-cü ilin 13 noyabrında COP29çərçivəsində imzalanıb.

Azərbaycan,
Azərbaycan,
Seçilən
90
8
az.trend.az

8Mənbələr