AZ

Marko Rubio ABŞ-nin mallara rüsum tətbiq etməsinin məqsədini açıqladı

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri iqtisadiyyatları yox, dövlətə zərər vuran bazarları məhv edir.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

"Bazarlar çökür. Çünki bazarlar hazırda ABŞ üçün zərərli istehsal üsullarına daxil edilmiş şirkətlərin səhm qiymətləri üzərində qurulur", - o qeyd edib və tariflərin iqtisadiyyatı məhv etmədiyini vurğulayıb.

Rubio əlavə edib ki, Vaşinqton “qlobal ticarət nizamını sıfırlamalıdır”.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp Çin, Vyetnam, Avropa İttifaqı kimi bir çox ölkələrdən ABŞ-yə ixrac olunan məhsullara rüsumlar tətbiq edib. Lakin Rusiya bu siyahıda yoxdur.

QAZİLER.AZ

Seçilən
50
44
qaziler.az

10Mənbələr