Azərbaycan 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin həcmini ildə 1,3 trilyon dollara çatdırmaq niyyətindədir.
“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə cümə günü Beynəlxalq İqlim Forumunda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, bu məqsədilə "Bakı – Belen" yol xəritəsinin hazırlanmasında bütün maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq nəzərdə tutulub.