Respublika Endokrinoloji Mərkəzində baş verən qanunazidd əməllərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.
Mia.az Trend-ə istinadla xəbər verir ki, Mərkəzin daha iki əməkdaşı - həkim endokrinoloqlar Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar. Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.