AZ

 Kosmetoloqlar insanları belə öldürür: Dilrübə Sətyarlının qurbanları imdad diləyir -FOTOLAR

Artıq bir neçə aydır ki, ölkədəki kosmetoloji mərkəzlərin fəaliyyəti barədə mediada geniş məlumatlar yayılır. Bir çox hallarda bu kosmetoloqların ali təhsilinin olmadığı, lisensiyasız fəaliyyət göstərdiyi məlum olur. Lakin nədənsə cavabdeh qurumlar susqunluq nümayiş etdirirlər. Bu susqunluq da kosmetoloqların əl qolunu daha da açır. Medianın yazmasına, faktların ortada olmasına baxmayaraq lsiensiyasız kosmetoloji mərkəzlər yenə öz fəaliyyətlərini davam etdirir. Artıq kosmetoloqların  onlarla qurbanı olsa da, yenə susqunluqdur. Səbəb nədir? Səhiyyə Nazirliyi niyə hərəkətə keçmir?

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

İddialara görə tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə özünü Dr.cosmetolog Delya adı ilə reklam edən Dilrubə Sətyarlıdır.

image-1

Göründüyü kimi əsl adını gizlədərək Delya adı ilə pasiyentləri aldadır.

Araşdırmalarımız nəticəsində özünü həkim kimi təqdim edən kosmetoloq (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlı Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur,  həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim edən Dilrubə Sətyarlı tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

image-2

Vətəninfo.az-a (Dr.Cosmetolog Delya) haqqında sikayət edən pasiyent K.Huseynzadə bildirib ki, İzmir klinikasında ötən il onun yanında oldum,450 manat ödəniş etdim 250 manat nagd, 200 manat isə yoldaşım kartına göndərdi qəbzlər var. Mənim üzümü pis hala saldı, mezo etmişdi, həmçinin çənə dolğusu. Lakin düzgün doğru etmədiyi üçün tekrar müraciət etdikdə məndən pul tələb etdi. Üzümdə qüsurlar yarandı ona inanmadığıma üçün, işi bərbad olduğuna görə başqa kosmetoloqa müraciət etdim və Delyanın üzümdə yaratdığı qüsürları digər kosmetoloq düzəltdi deyə şikayətçi bildirib.

image-3

Məlumata əsasən bildirir ki, Dr.Cosmetolog Delya müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.

Dr.Cosmetolog Delya necə sertifakisyadan keçmədən bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

image-4

Bir sözlə qanunsuz fəaliyyət göstərdiyi bəlli olan çoxsaylı kosmetoloji mərkəzlər var. Hətta bu kosmetaloji mərkəzlərin çoxu, elə yazımızda qeyd etdiyimiz Dilrubə Sətyarlı qanundankənar olaraq əməliyyatlar icra edirlər. Dilrubə Sətyarlı tibbi prosedur adlandırdığı üzgərmə tibbdə əməliyyat adlanır. Bir sözlə kosmetoloqların gözəllik aşiqlərinə qarşı terroru davam edir.

Araşdırmalarımız davam edir.

 

Seçilən
84
5
veteninfo.az

9Mənbələr