AZ

Azərbaycan millisinin gənc futbolçusu: "Əsas hədəfim Avropa klublarında çıxış etməkdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan millisində debüt etdiyim üçün və "Qəbələ" ilə Premyer Liqaya yüksəlmə şansı qazandığım üçün çox xoşbəxtəm".
Oxu.Az xəbər verir ki, bunu "Qəbələ"nin və Azərbaycan millisinin gənc futbolçusu Şahin Şahniyarov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Sona yeddi tur qalmış qələbə qazandığımız üçün komanda olaraq çox xoşbəxtik. Əslində I Liqa başlamadan öncə asanlıqla Premyer Liqaya yüksələcəyimizi düşünsək də, infrastruktur çatışmazlığı oyunlarda çətinliklər yaşamağımıza səbəb oldu. Xüsusilə "Karvan" və "İmişli" klublarının stadionlarında paslar zamanı çox çətinliklər yaşayırdıq".
Şahin Şahniyarov əlavə olaraq Azərbaycan futbolunda bəyəndiyi futbolçuları da açıqlayıb.
"Azərbaycanlı futbolçular arasında Emin Mahmudov və Qara Qarayevin oyun stilini bəyənirəm. Ümumi dünya futbolunda isə kumir olaraq görməsəm də, ən bəyəndiyim futbolçu Lionel Messidir. Onun karyerasına baxaraq gələcəkdə uğur qazanıb, Avropada çıxış etmək istəyirəm".
Qeyd edək ki, Şahin Şahniyarov I Liqa klubundan Azərbaycan millisinə dəvət alan ilk futbolçu olub.
Anar Həsənov
Seçilən
212
50
oxu.az

10Mənbələr