AZ

Kiyevdə üç ölkənin qərargah rəislərinin danışıqları başladı: Hərbi kontingent yerləşdirilir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynanın paytaxtında Kiyevdə Fransa, Böyük Britaniya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Suspilne" nəşri öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, qərargah rəisləri səviyyəsində keçirilən görüş zamanı Ukrayna ərazisində hərbi kontingentin mümkün yerləşdirilməsinin müzakirəsi nəzərdə tutulub.
Jurnalistlərin bildirdiyinə görə, Fransa nümayəndə heyətinə general Tyerri Burkhardt, Britaniya nümayəndə heyətinə isə admiral Toni Radakin başçılıq edir. Danışıqlar çərçivəsində Ukrayna komandanlığının nümayəndələri ilə görüşlər, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar planlaşdırılır.
"Onların səfərlərinin məqsədi Ukraynada xarici kontingentin yerləşdirilməsi imkanlarını müzakirə etməkdir", - deyə nəşrin jurnalistləri qeyd ediblər.
Xatırladaq ki, bir sıra Qərb KİV daha əvvəl Avropadan xarici qoşun qruplarının tezliklə Ukraynaya gələcəyini bildirmişdi.
Seçilən
233
50
oxu.az

10Mənbələr