AZ

Karyerasını başa vurur

style='margin-bottom:10px;'>

"Roma"nın futbolçusu Mats Hummels peşəkar karyerasını sona vurmaq qərarına gəlib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

36 yaşlı mərkəz müdafiəçisinin İtaliya klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir. O, sözləşmə bitdikdən sonra komandanı tərk etmək və karyerasını başa vurmaq qərarına gəlib. 

Qeyd edək ki, Mats Hummels bu mövsüm "Roma"nın heyətində 18 matça çıxaraq 1 qol vurub. O, paytaxt təmsilçisinə yayda azad agent statusunda transfer olunub. 

Seçilən
246
2
teleqraf.com

10Mənbələr