AZ

Küçəni “yarış yolu”na çevirənlərlə qeyri-adi mübarizə: dalğalı yol nişanları çəkildi - FOTO

ABŞ-da bəzi yollara dalğalı yol nişanları çəkilib.

Publika.az xəbər verir ki, dalğalı yol nişanları sürət həddini aşan sürücülərlə mübarizə üçün tətbiq edilib.

Pensilvaniya ştatının Montqomeri şəhərində sürət həddini aşanlarla mübarizə aparmaq üçün qeyri-adi üsul tətbiq edilib. "Grace Lane"də ənənəvi yol nişanları dalğalı ziqzaq xətləri ilə əvəz edilib.

Yerli hakimiyyət bu tədbirin küçəni “yarış yolu” adlandıran sakinlərin çoxsaylı şikayətlərinə cavab olduğunu izah edib.

Şəhərin polis idarəsi sosial mediada məlumat paylaşaraq bildirib:

"Yol mühəndislərimiz bunun təhlükəsizliyin təmin edilməsində ən təsirli üsul olduğunu müəyyən ediblər".

Seçilən
80
43
publika.az

10Mənbələr