AZ

Təcili eniş edən təyyarənin 200 sərnişini Türkiyə hərbi bazasında qapalı vəziyyətdə QALDI

Təyyarədə olan qadın sərnişinin panik atak keçirməsi səbəbindən təcili eniş edən təyyarənin 200-dən çox sərnişini Türkiyə hərbi bazasında qapalı qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Məlumata görə, Britaniya aviaşirkətinə məxsus “Virgin Atlantic” reysi aprelin 3-də səhər saat 11:40-da Londondan Mumbaya uçuş edib. Lakin təyyarə Türkiyə səmasında olarkən sərnişinlərdən biri qışqırmağa başlayıb.

Mənbənin məlumatına görə, vəziyyət o qədər qorxulu olub ki, ekipaj qadının tibbi yardım ala bilməsi üçün təcili eniş etmək qərarı verib.

Pilotlara Diyarbəkirdə eniş icazəsi verilib, baxmayaraq ki, hava limanı geniş gövdəli sərnişin təyyarələrini qəbul etmək üçün nəzərdə tutulmayıb və əsasən hərbi təyyarələrə xidmət edir.

Eniş edərkən “Airbus A350” təyyarəsində texniki nasazlıqlar yaranıb və 16 saat ərzində Hindistana uçmasına mane olub. Nəticədə sərnişinlər 16 saat hərbi bazada qalmalı olublar.

Bizim.Media

Seçilən
202
27
bizim.media

10Mənbələr