Dünyanın ən yoxsul iqtisadiyyatları ABŞ-nin idxal tarifləri tətbiq etməsindən sonra qlobal ticarət gərginliyinin artmasından ən çox zərər görmə riski ilə üzləşirlər və Vaşinqton tədbirləri yenidən nəzərdən keçirməlidir.
"Report"un xəbərinə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Mətndə deyilir ki, dünyanın ən böyük iqtisadiyyatları kütləvi yeni tariflər tətbiq etmək üçün hərəkət edərkən qlobal ticarət sistemi kritik mərhələyə daxil olur. Qeyd edilir ki, bu cür dinamika dünyanın “xüsusilə ən həssas iqtisadiyyatları üçün artım, investisiya və inkişaf tərəqqisini” təhdid edir.
Konfrans ekspertlərinin fikrincə, bir çox aşağı gəlirli ölkələr bu gün xarici şərtlərin pisləşməsi, həddən artıq borclar və daxili inkişafın ləngiməsi fonunda mümkün olan ən pis vəziyyətdədir.
Bununla bağlı UNCTAD dünya liderlərini həssas ölkələrə tətbiq edilən tariflərə təcili yenidən baxmağa çağırıb. Beləliklə, təşkilatın ekspertlərinin fikrincə, ticarət kəsirinin demək olar, 90 %-i ABŞ-nin 200-ə yaxın ticarət tərəfdaşından yalnız 10-nun payına düşür. Eyni zamanda, ABŞ tariflərinin tətbiqi ən az inkişaf etmiş ölkələrə və kiçik inkişaf etməkdə olan ada dövlətlərinə də zərər vurur ki, bu da kəsirin müvafiq olaraq cəmi 1,6 % və 0,4 %-ni təşkil edir. Onlara qarşı görülən tədbirlər Vaşinqtona “nə ticarət kəsirini balanslaşdırmağa, ya da əhəmiyyətli gəlir əldə etməyə” kömək edəcək”, - bəyanatda deyilir.