AZ

Böyük Britaniyadan maraqlı görüntülər: Kral III Çarlz yerkökü ilə musiqi ifa etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniya kralı III Çarlz London Tərəvəz Orkestrinin üzvləri ilə birlikdə yerkökü ilə musiqi ifa edib və onu "kartoflar" müşayiət edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazıb.
Məlumata görə, monarx Vindzor qəsrində müxtəlif musiqi layihələrində iştirak edən britaniyalı musiqiçilər və könüllülər üçün qəbul təşkil edib. Onların arasında tərəvəzlərdən musiqi aləti kimi istifadə etməklə məşhur olan London Orkestri də olub.
III Çarlz kənarda qalmamağa qərar verib və qeyri-adi alətdə ifa etməyə çalışıb. O, yerkökü seçib və onunla ingilis laylası olan "Twinkle, twinkle, little star" mahnısını çalıb. Bu işdə ona əllərində yerkökü, kartof və balqabaq tutan bir neçə musiqiçi kömək edib.
Orkestrin və kralın improvizə edilmiş çıxışı alqışlarla qarşılanıb.
Seçilən
245
50
oxu.az

10Mənbələr