AZ

NATO-nun bir ilə istehsal etdiyi sursatı Rusiya cəmi üç aya istehsal edir – Mark Rütte

NATO ölkələrinin bir ilə istehsal etdiyi sursatı Rusiya cəmi üç aya istehsal edir.

7Times.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte “CBS” telekanalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Rusiya NATO-nun ümumi iqtisadiyyatının cəmi 5 faizini təşkil etsə də, sursat istehsalında üstünlük əldə edib.

“NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür, lakin Rusiya bir ildə NATO-dan dörd dəfə çox sursat istehsal edir. Bu, tamamilə ağlasığmaz bir vəziyyətdir”, – deyə Rütte vurğulayıb.

Seçilən
196
8
7times.az

10Mənbələr