Gəncədə intihar hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, sözügedən qəsəbədə yaşayan Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü S.İmanov yaşadığı evin həyətində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. 45 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info