Aprel ayı olmasına baxmayaraq, Türkiyənin bəzi bölgələrinə güclü qar yağıb.
Yenisabah.az xəbər verir ki, Tuncelidə bir həftədir təsirli olan leysan yağış yüksək bölgələrdə qar yağışına çevrilib. Yüksək ərazilərdə, xüsusilə Pülümür rayonunda təsirli olan qar ətrafı ağ rəngə bürüdü. Baharın gəlişi ilə çiçəklərin açdığı şəhərdə eyni vaxtda iki fəslin yaşandığı bir vaxtda səlahiyyətlilər sərt hava şəraiti ilə əlaqədar sürücüləri diqqətli olmaları barədə xəbərdarlıq edib.
Baharın gəlişi ilə güllərin açdığı şəhərə qarın yağması sürpriz hesab olunub.
Aytac Şahin
Telegram kanalımız