AZ

Qol saatlarının insan sağlamlığına ZƏRƏRLƏRİ

İnsanlar əvvəllər yalnız zamanı ölçmək üçün qol saatlarından istifadə edirdilərsə, indi bunu qollarına aksesuar kimi taxırlar. Saatların müasir, “ağıllı” adlandırılan formaları da mövcuddur. Bu saatlar isə “smart” telefonların müəyyən funksiyalarını daşıyırlar.

Bəs qol saatlarının insan sağlamlığına zərərləri varmı?

Bizim.Media bununla bağlı araşdırmanı təqdim edir:
 

Qol saatının sağlamlığa ziyanlı olması ilə bağlı elmi sübutlar çox məhduddur və əksər hallarda ziyanlı sayılmır. Lakin bəzi hallarda müəyyən risklərdən danışmaq olar.


Ağıllı saatlar “bluetooth” və ya “Wi-Fi” ilə işlədiyinə görə zəif elektromaqnit dalğaları yayır. Şüalanmanın səviyyəsi çox aşağı olsa da, yenə də uzun müddət bədənə yaxın elektromaqnit cihaz istifadə etmək tövsiyə olunmur.

Dəri problemi isə həm klassik, həm də ağıllı saatlara aid edilir. Bəzi saatların qayışı, bağı nikel və ya plastik materialdan olduğu üçün dəridə allergiyaya səbəb ola bilər.

Həmçinin, saatın dərini hava almadan sıx bağlaması qıcıqlanma və ya göbələk infeksiyalarına səbəb ola bilər. Çox bərk taxılan saat qan dövranını zəiflədə bilər və bu, xüsusilə fiziki fəaliyyət zamanı narahatlıq yarada bilər.

Ağıllı saatlar radiasiya yayması da istisna edilmir. Bəzi insanlar ağıllı saatların beyin və ya ürəyə yaxın taxıldığı üçün radiasiya riskindən narahat olur. Lakin bu, elmi əsaslarla sübut olunmayıb.

Bizim.Media

Seçilən
122
18
bizim.media

10Mənbələr