“OPEC+” Nazirlərinin Monitorinq Komitəsi onlayn görüşdə daha əvvəl qəbul edilmiş neft hasilatı ilə bağlı qərarları dəyişdirməyi planlaşdırmır, əsasən razılaşmanın parametrlərinin yerinə yetirilməsi məsələsi nəzərdən keçiriləcək.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.
ABŞ-nin bir çox ölkələr üçün gömrük rüsumları tətbiq etməsi və neft qiymətlərinin düşməsi (iki gün ərzində təxminən 10 dollar) məsələsinin görüşdə qaldırılıb-qaldırılmadığı sualına cavab olaraq, mənbə qeyd edib ki, Venesuela bu məsələyə diqqət yetirib.