AZ

Zakir Həsənov Ermənistan tərəfindən istənilən təxribata qarşı çevik reaksiya ilə bağlı tapşırıqlar verib

Zakir Həsənov Ermənistan tərəfindən istənilən təxribata qarşı çevik reaksiya ilə bağlı tapşırıqlar verib.

Xəbər verdiyimiz ki, aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Operativ Media xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.

Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Seçilən
152
2
operativmedia.az

10Mənbələr