AZ

Rahidə ona efirdə irad tutan aparıcıdan danışdı - VİDEO

Bu gün, 18:54

Müğənni Rahidə Baxışova aparıcı xanımlardan biri ilə efirdə mübahisəsindən söz açıb.

Bu haqda sənətçi qonaq olduğu “Günə bax” verilişində danışıb.

Baxışova bildirib ki, verilişə gecikdiyi üçün aparıcı xanım ona efirdə irad tutub:

“Günlərin bir günü başıma bir hadisə gəldi. Efirə bir az gecikmişdim. Xanım aparıcı efirdə mənə dedi ki, daha niyə gəldin verilişə, gərək gəlməzdin. Onun mənə söylədiklərinə diqqətlə qulaq asdım, sakitcə çantamı götürdüm. Məni çağıranda dedim ki, yox! Deyirsən ki, niyə gəlmisən. Məndə başa düşdüm ki, həqiqətən bu verilişə mən niyə gəlmişəm. Çantamı götürüb verilişdən getdim. Bunu mədəni şəkildə etdim. Heç bir sənətçi bilə-bilə efirə gecikməz. Bu, toya da aiddir. İstər bunun aparıcısı belə olsun. İnsan istəyir ki, evinə də, iş yerinə də gedib tez çatsın”. (olay)

Seçilən
105
4
Reportyor.tv

5Mənbələr