“Fənərbaxça” və “Qalatasaray” arasında keçirilən İstanbul derbisində yaşanan gərgin anlarla bağlı cəzalar tətbiq edilib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi (TFF) açıqlama yayıb.
Belə ki, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo 3 oyunluq diskvalifikasiya edilib. Əlavə olaraq, Fred -3, Mert Hakan Yandaş -1, Sandro Zufiç – 4, Salvadore Foti – 4 isə matçlıq diskvalifikasiya alıb.
Bildirilib ki, cəzalar kubok matçlarında tətbiq olunacaq.