Bu gün Fransa Liqa 1-də 28-ci turun oyunları keçirilir. Manset.az xəbər verir ki, PSJ öz meydanında “Anje”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Paris təmsilçisi hazırkı mövsüm turnirdə məğlub olmayaraq çempionluğunu təmin edib. Beləliklə, PSJ ardıcıl 4-cü dəfə Fransa Liqa 1 turnirin qalibi olub. Qeyd edək ki, PSJ turnir cədvəlində 74 xala malikdir. 2-ci yerdə olan “Monako”nun 51 xalı var. 14-cü yerdə qərarlaşan “Anje”nin isə 27 xalı var. 5 aprel PSJ – “Anje” - 1:0
Qollar: Due, 55